Günəşdəki nəhəng koronal dəlik Yer kürəsinə tərəf çevrildi: Maqnit qasırğaları gözlənilir

10.02.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illərdə Günəşdəki ən böyük koronal dəlik səbəbindən Yerdə maqnit qasırğaları gözlənilir.

Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Rusiya Elmlər Akademiyasının (RAA) Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasından məlumat verilib.

"Keçən ayın ortalarında insanların və mətbuatın diqqətini cəlb edən Günəşdəki ən böyük koronal dəliklərdən biri Günəş oxu ətrafında tam fırlanaraq Yerə tərəf qayıdır. Hazırkı proqnozu da həddindən artıq aqressiv adlandırmaq olmaz. Bazar ertəsi artıq zəif maqnit qasırğaları gözlənilir", - məlumatda bildirilir.

Planetin yaxınlığında plazmanın sürətinin 600-700 km/s-ə qədər arta biləcəyi proqnozlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью