Günəşin ən gözəl batdığı yerlər məlum olub

16.10.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Dünyanın günbatımını izləmək üçün ən cəlbedici məkanları müəyyənləşdirilib.

“Euronews” meteoroloqunun fikirlərinə əsaslanaraq hazırladığı siyahıda təbiət mənzərələri, tarixi abidələri və özünəməxsus atmosferi ilə seçilən turizm istiqamətləri yer alıb. Xüsusilə Yunanıstanın bir neçə məkanı günəşin üfüqdə batması zamanı yaratdığı mənzərələrlə diqqət çəkib.

Siyahıda yer alan Lindos Akropolu bu baxımdan xüsusi maraq doğurur. Yunanıstanın Rodos adasında yerləşən tarixi abidə həm qədim memarlıq nümunəsi, həm də ətraf ərazilərə açılan mənzərələri ilə tanınır. Günəşin batması zamanı səmanın rənglərinin dəyişməsi, dənizin və tarixi tikililərin yaratdığı mənzərə bu məkanı turistlər üçün cəlbedici istiqamətlərdən birinə çevirir.

Günbatımını seyr etmək səyahət həvəskarları üçün yalnız təbiət hadisəsini izləmək deyil, həm də məkanın ab-havasını hiss etmək və unudulmaz anlar yaşamaq imkanıdır. Dəniz sahilləri, yüksəkliklər və tarixi məkanlar bu mənzərəni daha təsirli edir. Belə istiqamətlər fotoqrafların, təbiətsevərlərin və səyahət zamanı fərqli təcrübələr axtaran turistlərin də marağına səbəb olur.

Hazırladı:
S.Rzayeva
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью