“Günəşli” faciəsindən 9 il ötür

04.12.2024

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün “Günəşli” yatağında baş verən faciədən 9 il ötür.

“Cebheinfo.az” xatırladır ki, 2015-ci il dekabr ayının 4-də “Günəşli” neft yatağı platformasının cənub bölməsində baş vermiş dəhşətli yanğın nəticəsində 11 neftçi həlak olub, 19 nəfər isə itkin düşüb. 2020-ci ilin may ayında daha üç neftçinin cəsədi dənizdən tapılıb.

Qəza baş verən zamanı platformada olan 63 işçidən 33 nəfəri xilas edilib.

Hadisə ilə əlaqədar Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 2015-ci ilin 6 dekabr tarixində matəm günü elan olunub.

SOCAR-ın rəsmi açıqlamasında bildirilmişdi ki, su altındakı 10 saylı platformanın qaz kəməri qasırğa ucbatından zədələnib və nəticədə yanğın baş verib.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью