“Günəşli” yatağında neftçi öldü FOTO | Icma.az
Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəzər dənizində yerləşən “Günəşli” neft yatağında neftçi qəfil vəfat edib.News24.az Viral.az-a istinadla xəbər verir ki, yatağın 15 nömrəli platformasında qazmaçı işləyən Siyəzən rayonu Yenikənd kənd sakini Fərzəliyev Elman Əlikram oğlu dünən səhər saatlarında ürəktutmadan dünyasını dəyişib.Yaxınları onun növbədən çıxmağına 1 gün vaxtının qaldığını bildiriblər.Qeyd edək ki, bu gün “Günəşli” neft yatağındakı faciədən 9 il ötür.
2015-ci ilin 4 dekabr tarixində neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində 16 nəfər dünyasını dəyişib, 17 nəfər itkin düşüb.
Həmin il 6 dekabr tarixi Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda matəm günü elan olunub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu