“Günəşli” yatağında seysmik tədqiqat

03.10.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb. Bu barədə SOCAR-ın “Azneft” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu layihə SOCAR-ın Xəzər dənizində qabaqcıl geofiziki texnologiyaların tətbiqini genişləndirməsi və uzun müddətdir istismarda olan yataqların gələcək potensialını müasir texnologiyalar vasitəsilə daha dəqiq qiymətləndirməsi baxımından mühüm addımdır.

“Azneft” İstehsalat Birliyinin istismar etdiyi yataqda 247,6 kvadratkilometr ərazini əhatə edən tədqiqat nəticəsində əldə olunan yüksək dəqiqlikli məlumatlar geoloji layların, tektonik qırılmaların və kollektorların daha ətraflı öyrənilməsinə, yatağın geoloji modelinin təkmilləşdirilməsinə və gələcək qazma hədəflərinin dəqiqləşdirilməsinə imkan verəcək.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью