“Günəşli” yatağından hasil olunan karbohidrogenlərin həcmi açıqlanıb | Icma.az
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Günəşli" yatağında (dayaz sulu hissəsi – red.) işlənmənin əvvəlindən (01 aprel 2025-ci il tarixinə olan məlumata görə - red.) 209,2 mln.
ton neft (kondensatla birlikdə) hasil olunub. “APA-Economics” SOCAR-ın məlumatlarına istinadən xəbər verir ki, hesabat dövründə yataqdan 136
Məlumata görə, "Günəşli" yatağında, ümumilikdə, 371 quyu qazılıb, onlardan 274 quyu istismardadır.
Qeyd edək ki, “Günəşli” strukturu 1958-1963-ci illərdə seysmik kəşfiyyat işləri nəticəsində müəyyən olunub.
1 nömrəli kəşfiyyat quyusu 1977-ci ildə qazılıb və yatağın tammiqyaslı istismarına başlanılıb.
"Günəşli" yatağından hasil olunan neft yüksək keyfiyyətə malikdir - o, tərkibinə və özlülüyünə görə "Azeri Light" markasına tam uyğundur.
"Günəşli" nefti olduqca yüngüldür, onun tərkibində asfalten, qətran və parafinin miqdarı azdır.
Tam oxu
Xəbəri oxu