Günəşlidə ölümə meydan oxuyan sərnişin: Hərəkətdə olan avtomobilin qapısını açıb… VİDEO

13.02.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Suraxanı rayonu, Günəşli qəsəbəsində təhlükəli davranış sərgiləyən şəxsin videosu sosial şəbəkədə paylaşılıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb.

Kadrlardan görünür ki, hərəkətdə olan 99-SY-709 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin ön sərnişin oturacağında əyləşən gənc qapını açaraq arxadan gələn nəqliyyat vasitəsini mobil telefonla lentə alır. Bu zaman o, həm öz həyatını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini risk altına atır.

Qeyd edək ki, son vaxtlar bu kimi hallar gənclər arasında geniş yayılıb. Əksər hallarda sürücünün yanında əyləşən sərnişinlər (sürücünün dostu) sosial şəbəkələr üçün görüntü əldə etmək məqsədilə təhlükəli hərəkətlər edir, sürücülər isə buna şərait yaradır.

Qanunvericiliyə görə, sürücü nəqliyyat vasitəsində olan sərnişinlərin təhlükəsizliyinə görə məsuliyyət daşıyır.

Hərəkət zamanı qapının açıq saxlanması və ya sərnişinin təhlükəli vəziyyət yaratmasına şərait göstərilməsi inzibati məsuliyyətə səbəb ola bilər.

Nərmin

Oxunub 128

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью