Güney Azərbaycanda 7 nəfər saxlanıldı

10.02.2026

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Təbrizdə keçirilən əməliyyat nəticəsində "İran Xalq Mücahidləri Təşkilatı"na bağlı olduğu iddia edilən 7 nəfərlik qrupun üzvləri həbs olunub.

Lent.az MOUZE telegram kanalına istinadla bildirir ki, bu haqda Şəqi Azərbaycan əyalətinin ETTELAAT Baş İdarəsi məlumat yayıb.

Onların etiraz aksiyalarında təşkilatçı və təxribatçı olduqları iddia olunub.

Həbs olunanların kimliyi barədə əlavə açıqlama verilməyib.

Bununla yanaşı, etirazlarla bağlı əyalətdə bir neçə yüz nəfərin saxlanıldığı və onlardan bəzilərinə cinayət işinin açıldığı bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью