Güney Azərbaycanda iş qəzaları 3 işçi həyatını itirdi

15.11.2024

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Güney Azərbaycanın Həmədan əyalətinin Bahar, Kəbudərahəng və Toyserkan şəhərlərində baş verən iş qəzaları nəticəsində 3 nəfər həyatını itirib.

Gunaz.tv

Bu barədə İşçi Hərəkatı Fəalları məlumat yayıb.

Bildirilib ki, sənaye müəssisəi və tikinti sahəsində təhlükəsizlik qaydalarının tətbiq olunmadığına görə 2 işçi qarışdırıcı rolikli avadanlığın içinə düşərək, 1-i isə hündürlükdən yıxılaraq ölüblər.

Müstəqil həmkarlar ittifaqları və sinfi fəallar Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini deyirlər.

Onların fikrincə, ölüm və yaralanma halları rəsmi statistikada göstəriləndən bir neçə dəfə çoxdur.

Qeyd edək ki, İran iş yerlərində təhlükəsizlik qaydalarının qorunmadığına və işçilərin ölüm sayına görə, dünya ölkələri arasında ən aşağı pillələrdən birində, 102-ci yerdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью