Güney Azərbaycanda PARTLAYIŞ

23.06.2025

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın Kirmanşah, Təbriz və Soyuqbulaq şəhərlərində çoxlu partlayış səsləri eşidilib, İsfahanda təcili yardım maşınına hücum edilib.

"Cebheinfo.az" xəbər verir ki, İnqilab Keşikçiləri Korpusuna yaxın olan yarırəsmi "Fars" Xəbər Agentliyinin məlumatına görə, İranın bəzi şəhərlərində çoxlu partlayış səsləri eşidilib.

Bu şəhərlərin Təbriz, Kirmanşah və Soyuqbulaq olduğu bildirilir.

Dövlət Televiziyası İsfahan vilayətinin Nəcəfabad şəhərində növbətçi təcili yardım maşınına hücum edildiyini və 3 nəfərin öldüyünü bildirib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью