Güneyli fəal 12 gündür həbsdə saxlanılır

10.11.2024

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ərdəbildən olan Yusif Kari 12 gündür ki, "ictimaiyyətdə çaşqınlıq yaratmaq" ittihamı ilə saxlanılaraq Ərdəbil mərkəzi zindanına aparılıb.

"Cebheinfo.az" xəbər verir ki, milli fəalın ailəsinə yaxın mənbənin bildirdiyinə görə, Yusif Kari səyyar satıcılıqla məşğul olduğu vaxt hökumət qüvvələri tərəfindən zor tətbiq edilməklə saxlanılıb. 

Ərdəbil məhkəməsində “ictimai fikri çaşdırmaq”da ittiham olunan milli fəal 500 milyon tümənlik (20236₼) girov təyin olunmasına baxmayaraq, hələ də Ərdəbil zindanında saxlanılır. Hakim onun azadlığa buraxılmasına razılıq vermir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью