Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
“Kave Soda” fabrikinin güneyli mili fəal Səid Minaiyə qarşı şikayəti ilə bağlı işi Marağa prokurorluğuna göndərilib.
Səid Minayi bu barədə sosial media hesabında paylaşım edib: “Dünən mənə məhkəmədən elektron bildiriş göndərilib. Millətin hüquqlarını tələb etdiyim və müdafiə etdiyim üçün Marağa İnqilab Məhkəməsinin 15-ci bölməsi mənə 5 il həbs cəzası vermək istəyir”.
Qeyd edək ki, “Kave Soda” fabriki Güney Azərbaycanın ekologiyasına ciddi zərbə vuran zavodlardan biri hesab olunur.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin