Güneyli üçəmlərin milli adları 5 aydan sonra təsdiqləndi

06.03.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

5 aydan çox davam edən mübarizədən sonra güneyli üçəmlərə doğum haqqında şəhadətnamə verilib.

Axar.az xəbər verir ki, Təbriz Vətəndaş Qeydiyyatı İdarəsi Sevgi, Elnur və Elşən adı qoyulan uşaqlara doğum şəhadətnamə verməyə razı olub.

“Balamın Adı” kampaniyasının məlumatına görə, üçəmlər 2024-cü il sentyabrın 5-də dünyaya gəlib və valideynləri onlara Sevgi, Elnur və Elşən adlarını seçiblər.

Qeyd olunub ki, sözügedən idarə bu adlara görə şəhadətnamə verməkdən imtina edib.

5 ay 17 günlük mübarizədən sonra güneyli Məsud Səfəri üçəm övladlarına doğum haqqında şəhadətnamə ala bilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью