Axar.az saytına istinadən Icma.az xəbər verir.
İki gün əvvəl ETTELAAT-ın Təbrizdəki şöbəsinə çağırılan güneyli xanım müğənni Aqşin Emamidən heç bir məlumat yoxdur.
Axar.az xəbər verir ki, bu barədə sənətçini ailəsi məlumat verib.
Məlumata görə, sənətçinin İnstaqram səhifəsində bütün yazılar silinib, istifadəçi adı və profil şəkli təhlükəsizlik orqanları tərəfindən dəyişdirilib.
Hələlik, xanımın həbsinin səbəbləri, onun saxlanıldığı yer və ona qarşı irəli sürülən mümkün ittihamlar barədə dəqiq məlumat yoxdur.
Xatırladaq ki, bir neçə gün əvvəl təhlükəsizlik qüvvələri məhkəmə qərarı göstərmədən xanım Emaminin evində axtarış aparıb, onun bəzi şəxsi əşyalarını, o cümlədən mobil telefonunu və noutbukunu müsadirə ediblər.