Güneyxırman kəndində 197 evin təmirinə 11,6 milyon manat xərclənəcək

05.09.2025

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “GM Construction” MMC (VÖEN – 1602490331) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Qeyd edək ki, Xidmət Xocavənd rayonunun Güneyxırman kəndində ümumi sahəsi 33 155,1 kv.m olan 197 ədəd fərdi yaşayış evinin təmirinə görə “GM Construction” MMC -yə 11 milyon 571 min 129 manat 90 qəpik ödəyəcək.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan “GM Construction” MMC 2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, ev 189-da yerləşən MMC-nin qanuni təmsilçisi Nəzərli Hafiz Akif oğludur.
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью