Günorta teztez əsnəyirsinizsə, sizdə BU XƏSTƏLİKLƏR ola bilər

15.11.2024

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Günorta tez-tez əsnəyən insan bu simptoma fikir verməlidir. Bu bəzi çox təhlükəli xəstəliklərin ilk simptomu kimi meydana çıxa bilər.

Saglamolun.az bildirir ki, bu haqda tanınmış rusiyalı həkim-nevroloq Olqa Qolubinskaya məlumat verib.

Həkim bildirib ki, günorta vaxtı tez-tez əsnəmə insanda psixiki pozalmalar (nevroz, depressiya və s.) və ürək çatışmazlığına işarə edə bilər.  

Həkim bildirib ki, bu zaman digər simptomlara da fikir vermək lazımdır:

- yaddaşın zəifləməsi

- diqqətin pozulması

- baş ağrıları

- səbəbsiz zəiflik, halsızlıq

- əhvalın tez-tez dəyişilməsi və s.

Əsnəmə bu simptomlarla da müşayiət olunursa vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

Həmçinin tez-tez əsnəmək qanda hemoqlobinin azalması, şəkərli diabet, qalxanvari vəzinin fəaliyyətində pozulmalar, dağılmış skleroz kimi xəstəliklərə də işarə edə bilər. 

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью