Günün futbol qrafiki

30.11.2025

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasında XIII tura bu gün yekun vurulacaq.

Metbuat.az xəbər verir ki , son olaraq daha iki oyun keçiriləcək.

"Şamaxı" doğma azarkeşlər önündə "Sumqayıt"la üz-üzə gələcək. Qarşılaşma saat 14:00-da start götürəcək. Meydan sahibləri 14 xalla 9-cu, qonaqlar 20 xalla 5-ci pillədə qərarlaşıb.

Turun son matçı Qəbələdə gerçəkləşəcək. Şəhərin eyniadlı komandası "Araz-Naxçıvan"ı qəbul edəcək. Bu oyun saat 16:30-da baş tutacaq. Naxçıvan klubu 20 xalla 6-cı, "qırmızı-qaralar" 5 xalla 11-ci sıradadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью