Günün futbol qrafiki

08.02.2026

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Misli Premyer Liqasında bu gün XIX tura start veriləcək.

Metbuat.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə "Sabah" evdə "Araz-Naxçıvan"la üz-üzə gələcək. Görüş Bank Respublika Arenada, saat 16:00-da start götürəcək. "Sabah" hazırda 43 xalla turnir cədvəlinə başçılıq edir. 6-cı pillədə olan "Araz-Naxçıvan"ın 27 xalı var.

Günün son matçı Sumqayıtda baş tutacaq. Şəhərin eyniadlı komandası "Zirə"ni qəbul edəcək. Oyuna Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuda, saat 18:30-da start veriləcək. "Sumqayıt" hazırda 30 xalla 4-cü yerdədir. Bir pillə aşağıda olan Bakı klubunun isə 29 xalı var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью