Günün ikinci ZƏNCİRVARİ QƏZASI Bu dəfə Cəlilabadda...

18.09.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cəlilabad şəhərində zəncirvari yol qəzası baş verib.

Bakıvaxtı.az-ın apa-ya istinadən xəbərinə görə, hadisə hərəkətdə olan "VAZ 21011" markalı avtomobilin manevr edərək, dönmə əməliyyatını yerinə yetirdiyi zaman, arxadan gələn "Mercedes" markalı nəqliyyat vasitəsinin ona çırpılması nəticəsində baş verib.

Zərbənin təsirindən toqquşan maşın yoldan çıxaraq əks istiqamətdən gələn "VAZ 2106" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində 4 nəfər - Mirzəzadə Fatimə, Mirzəzadə Cəlal, Quliyev Elçin və Məmmədova Şəfa xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью