Günün lətifəsi

09.01.2025

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

Vəli Xramçaylı hər gün yaxınlıqdakı kafeyə gəlib 3-dənə yüz qramlıq rumkada araq sifariş verirmiş.

Bir gün ofisant:

-Şair, siz hər gün gəlirsiniz və 3 rumka araq içib gedirsiz, bunun sirri nədir?

 Vəli:

- Qardaş, heç bir sirr yoxdur. Mənim iki dostum var idi, biz hər gün kafedə adama yüz qram araq içib gedirdik evə. İndi onlar başqa şəhərlərə köçüblər. Söz vermişdik ki, harda içsək 3 rumka araq sifariş edək və göstərək ki, biz hər gün bir yerdəyik.

 Bir müddətdən sonra, Vəli yenə kafeyə gəlir və bu dəfə 2 dənə yüzqramlıq sifariş edir.

Ofisant:

- Şair allah rəhmət eləsin, yəqin dostlarından biri dünyasını dəyişib, ona görə bu dəfə 2 dənə yüzqramlıq sifariş edirsiniz?

 Vəli:

- Yox, qağa, Allaha şükür dostlarım sağ-salamatdılar, sadəcə mən araq içməyi tərgitmişəm, ancaq onların əvəzinə içirəm...
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью