Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölkə.az xarici mətbuata istinadən bildirir ki, britaniyalı yarış pilotu Olli Millroyun idarə etdiyi “Ferrari” avtomobili güclü toqquşmadan sonra alovlanıb.
Onun avtomobili idarəetmədən çıxaraq öz oxu ətrafında fırlanmağa başlayıb. Videogörüntüdə toqquşmanın təsirindən avtomobillərin havaya qalxdığı, ətrafa böyük avtomobil parçalarını uçduğu, avtomobildən qalxan güclü alovlar və tüstü buludlarının ətrafı bürüdüyü görünür.
“Öz həyatını təhlükəyə atdı”
Qəzadan dərhal sonra bayraqdarlar və ya yanğınsöndürənlər hadisə yerinə gəlməmişdən əvvəl, Millroyun rəqibi Loek Hartog dərhal maşınını saxlayıb dərhal ona yardım etməyə qaçır. Yanan maşına tərəf qaçan Hartog, britaniyalı sürücünü alovdan və ölümdən xilas etmək üçün öz həyatını təhlükəyə atır. Hartog rəqib piltu xilasetmə anları anbaan vidokameraya düşüb. O əvvəlcə qapını açmağa çalışır. Bu nəticə verməyəndə ynnğınsöndürən aparatdan istifadə edərək yanğını lokallaşdırmağa nail olur. Bundan sonra avtomobil qapısını açaraq pilotu xilas edir.
“Bizim super qəhrəmanımız”
Dəhşətli hadisədən sonra Ollie Millroy sosial media hesabında onu xilas edən rəqibinə minnətdarlığını bildirən bir paylaşım etdi.
Millroy, Hartogun onu maşından çıxarmaq üçün göstərdiyi inanılmaz cəsarəti təsvir edərək dedi: “Hələ də sağ olduğuma inana bilmirəm; bütün bunlar real həyatdakı superqəhrəmanımız Loek Hartogun sayəsindədir”.
Mürtəza