Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 24 aprel 2025 - bu gün göy üzü dərin bir nəfəs alır.
Ay Oxatan bürcünün son dərəcələrində sanki bizi uzaqlara yola salmaq istəyir, ancaq Günəş Buğa bürcündə əllərimizi torpağa doğru çəkir: "Dayan.
Hiss et. Gözlə." Bu günün enerjisi həm təlatümlü, həm sabit, həm uzaqlara baxan, həm də daxilə dönən kimidir.
Ayın Oğlaq bürcünə keçidi günortadan sonra baş verir - ruh yüksəkliyi yerini sakitlik, məsuliyyət və struktur arzusuna verir.
Səmadakı planetlərin harmoniyası diqqətimizi konkretliyə, planlılığa, amma eyni zamanda hisslərə və empatiyaya yönəldir.
Merkuri hələ də Qoçda geriyə hərəkət edir və bu, hələlik yeni fikirlərin deyil, köhnə məsələlərin yenidən baxılması, dərinləşdirilməsi zamanıdır.
Bu gün Yer elementi üstünlük təşkil edir - Buğa Günəşi, Oğlaq Ayi, Balıqlarda Saturn və Mars.