Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 21 aprel 2025 - səmanın nəfəsləri bu səhər çox dərin, çox ağırdır.
Hava sanki yerin sinəsində dayanıb düşünür, necə danışsın bizimlə. Bu, bir səssizlik günüdür.
Kosmos bizə sükutla müraciət edir: "Dayan və bax - nə hiss edirsən?" Buğa bürcündəki Günəş sabitliyi, sadəliyi və daxili gücü aşılayır.
Ay isə Əqrəb bürcünün son dərəcələrindədir - duyğular qaynayır, lakin üzə çıxmaq istəmir.
Bu gün bizə həm güc, həm nəzakət, həm də özümüzə qarşı şəfqət lazımdır.
Merkuri hələ də Qoçda geriləyir və dünən başladığımız fikirləri bu gün yenidən dəyərləndirməyə məcburuq.
Bu, danışmaq yox, susub dinləmək günüdür. Mars və Saturn Balıqlarda, Neptun da onlara yoldaşdır - su elementi hökmranlıq edir.