Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 22 aprel 2025 - bu gün səmada yeni bir səhifə açılır.
Ay artıq ox kimi Əqrəbdən çıxaraq Oxatan bürcünə keçib. Hisslərin dərinliyindən düşüncələrin açıq səmasına qalxırıq.
İçimizdə bir səyahət istəyi, bir azadlıq həsrəti doğur. Hava daha yüngüldür, nəfəs daha açıqdır, baxışlarımız uzaqlara dikilir.
Günəş Buğada - yer ünsürü sabitliyi, sadəliyi və real dəyərləri xatırladır.
Ay isə atəş ünsüründədir - ehtiras, maraq, axtarış istəyi ilə doluyuq.
Bu paradoksal və rəngarəng gün bizi həm ayaqlarımızı torpaqda möhkəmləndirməyə, həm də ruhumuzu üfüqlərə buraxmağa dəvət edir.
Merkuri hələ də geriyə doğru hərəkət edir və bu, keçmiş fikirlərin, unudulmuş arzuların geri dönməsi deməkdir.