Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir: Qoç - əvvəlcədən planlaşdırdığınız işlərlə səhər saatlarından etibarən məşğul olun.
Nəticə pis olmayacaq. Fəaliyyətiniz ünsiyyət, daşımalar, marketinq və ya vasitəçiliklə bağlıdırsa - uğur əldə edəcəksiniz.
Bütün mühüm məsələləri günün ilk yarısında həll edin. Günün ikinci yarısında işgüzar görüşlər məhsuldar olmayacaq.
Axşam saatları yaxınlarınızla təmaslar və əyləncə üçün münasib zamandır.
Sevdiyiniz insanın iradlarına həddən artıq sərt cavab verməyin və münaqişənin qarşısını alın.
Buğa - qərarların sürətlə qəbulu və yeni situasiyaya uyğunlaşma bacarığınız sayəsində irəliləyə bilərsiniz.
Məsuliyyətdən qaçmağa çalışmayın. Tək qalmayın, müstəqil fəaliyyət prinsipini ifrata çatdırmayın.