Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir Qoç - yerinə yetirilməsi ilə bağlı azacıq şübhənizin olduğu öhdəliklərə boyun olmayın.
Uzunmüddətli əməkdaşlıqla bağlı anlaşma və sənədlərin imzalanması məsləhət deyil. Texnoloji fəaliyyətlə məşğulsunuzsa, gün uğurlu olacaq.
Günün ikinci yarısı hüquq-mühafizə orqanları və əmlak məsələlərini tənzimləyən qurumlardan birinin təmsilçisi ilə ünsiyyətdə olacaqsınız.
Münasibətlər gərginləşəcək. Yaxın ətrafınızdakı insanlarla münaqişə etməmək üçün ehtiyatlı və səbrli davranmalısınız.
Mənfi emosiyalarınıza nəzarət edin. Axşam saatlarını dostlarla keçirin. Buğa - məsləhətlərə qulaq asın.
Deyilənləri dinləsəniz, peşəkar fəaliyyət müstəvisində irəliləyiş və mövcud problemlərin çözülməsi ilə bağlı həll variantlarını aşkarlaya bilərsiniz.
Günün ilk yarısında həddən artıq intensiv zəhmət tələb edən iş olacaq.