Günün qürubunda adımı çağırma... Serb şairdən Serenada

26.10.2026

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün tanınmış serb şair Miloş Tsrnyanskinin doğum günüdür.

Kulis.az onun məşhur "Serenada" şeirini təqdim edir.

Eşit, sarı və yeni Ay ağlayır.

Dinlə məni, sevgilim, sonuncu dəfə.

Öləcəyəm və mənim üçün darıxanda,

Günün qürubunda adımı çağırma...

Solmuş, sarı yarpaqlardan əsən küləyi dinlə.

O sənə oxuyacaq - mən payızı sevmişdim,

Sənin ehtiraslarını, çılpaq biləklərini deyil,

Soluxmuş, qırmızımtıl budaqların qucaqlamasını...

Və ürəyin mənim üçün sızıldayanda -

Solmaqda olan bir budağı qucaqla və öp.

Ah, kimsənin nə şərəfi, nə ehtirası,

Nə də məni sevməyə yetəcək qədər alovu var...

Yalnız qamətli qovaqlar

Və tənha, qürurlu şam ağacları.

Yalnız qamətli qovaqlar

Və tənha, qürurlu şam ağacları.

Potkamyen, Qalisiyada, 1915

Rus dilindən sətri tərcümə: Aydan Ağayeva

“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto "Güc və inam insanın daxilindən qaynaqlanır..." - Anna Freyddən sitatlar Məşhur aktyor fəxri mükafata layiq görüləcək
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью