Günün şeiri: Xoş gördük, Şuşa! VİDEO

08.11.2024

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.

Tanınmış şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin Şuşaya həsr etdiyi "Xoş gördük, Şuşa!" şeirini qiraətçi Xəzər Süleymanlı səsləndirib.

Bakupost.az həmin şeiri təqdim edir:

Xoş gördük, Şuşa!

Xoş gördük,

əyil qulağına söz deyim, Şuşam:

nə vaxtdı,

yad səslərdən yağır qulağına...

mən pambıq götürüm,

sənsə çöp götür,

enək İsa bulağına –

təmizləyək nisgilin,

28 bəlaya gəlmiş ilin!

...Bir də xoş gördük,

əyil qulağına söz deyim, Şuşam:

da-rıx-mı-şam!..

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью