Günün Səsi

23.05.2026

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa Parlamenti İranda siyasi məhbuslara, etirazçılara, insan haqları müdafiəçilərinə, qadın hüquqları fəallarına, eləcə də etnik və dini azlıqlara qarşı repressiya və edamları pisləyən qətnamə qəbul edib.

Gununsesi.info xəbər verir ki, Qətnamə 516 deputatın lehinə, 14 nəfərin əleyhinə və 32 nəfərin bitərəf səsi ilə təsdiqlənib.

Qətnamədə İran xalqının azadlıq, demokratiya və insan haqları uğrunda mübarizəsi ilə həmrəylik ifadə olunub. Sənəddə xüsusilə 2026-cı ilin mart və aprel aylarında həyata keçirilən edamlar kəskin şəkildə pislənib və edam olunan şəxslərin “cəsarəti və müqaviməti” ehtiramla yad edilib.

Avropa Parlamenti üzv dövlətləri İran rejiminin insanlığa qarşı cinayətlərinin araşdırılması üçün beynəlxalq tribunal yaradılmasını dəstəkləməyə və Avropa məhkəmələrində universal yurisdiksiya prinsipinin tətbiqinə çağırıb.

Qətnamədə həmçinin İranda internetə tətbiq olunan məhdudiyyətlər və bağlantının kəsilməsi tənqid olunub. Avropa Şurası və tərəfdaş ölkələrdən İran vətəndaşlarının təhlükəsiz internetə çıxışını təmin edəcək vasitələr təqdim etmələri tələb edilib.

Sənəddə vurğulanıb ki, insan haqlarının qorunması, siyasi məhbusların azad edilməsi, edamların dayandırılması və qurbanlarla bağlı cavabdehlik məsələləri İran rejimi ilə istənilən siyasi və diplomatik dialoqun əsas şərti olmalıdır.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью