Günün Səsi

05.06.2026

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlıses yenidən xəstəxanaya yerləşdirilib.

Məlumata görə, sənətçi bu ilin aprel ayında ağır infeksiya səbəbindən xəstəxanaya aparılıb. Ona öd kisəsi ilə bağlı əməliyyat edilib və uğurlu müalicədən sonra aprelin 22-də həkimlərin nəzarəti altında xəstəxanadan buraxılıb.

Xəstəxanadan çıxdıqdan sonra Tatlısesin xeyli zəiflədiyi diqqət çəkib və onun görünüşü ictimai müzakirələrə səbəb olub.

Bildirilir ki, uzun müddət yataq rejimində qaldığı üçün müğənninin hərəkət qabiliyyətində zəifləmə yaranıb. Bu səbəbdən o, bərpa müalicəsi almaq üçün Ankaradakı xəstəxanalardan birində fizioterapiya kursuna başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью