Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə kommunist düşüncəsinin təbliğinə dair paylaşımlar yaymaqda və SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə təqsirləndirilən Abdulla İbrahimli, İbrahim Əsədli, Elçin Bayramlı və Mehman Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, İbrahim Əsədli və Abdulla İbrahimli hər biri 2 il, Elçin Bayramlı və Mehman Zeynalov isə hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, məhkumlardan biri “Səs” qəzetinin əməkdaşı, jurnalist Elçin Bayramlıdır.
Məsələ ilə bağlı Elçin Bayramlının həyat yoldaşı, jurnalist Lalə Mehralı ilə əlaqə saxladıq. O, mövzu ilə bağlı danışmaq istəmədiyini bildirib.
Elmar Elnuroğlu