Gur Hun məkanlarının coğrafi isimləri

27.01.2026

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Qismət Yunusoğlu
Bakı Dövlət Universitetinin müəllimi

Coğrafi məkanlarla bağlı yaranan Türk-Müsəlman mənşəli toponimlərin əksəriyyəti etno/antroetimoloji məna kəsb etməklə əsasən qəbilə, tayfa, Xalq birliklərinin adını ifadə etməklə, morfogenetik irq mənsubluğu ilə yanaşı, etnik Ailə-Dil kökünün qorunub saxlanılması baxımından tarixi-coğrafi əhəmiyyət kəsb edir. Bu baxımdan Türkdilli Xalqların etnogenezisində əsas yer tutan Hunlarla bağlı onların kökənli Böyük Avrasiya qurusunda kifayət qədər yer adları mövcuddur.

Haşiyə. Hunların adını yaşada Hunqan (rus ədəbiyyatlarında “Xinqan” yazılır) dağları Böyük və Kiçik olmaqla iki hissəyə ayrılır, Çinin şimal-şərqində və Moğol diyarının gündoğanında yerləşir. Böyük Hunqan dağları (ən uca zirvəsi Hunqandağ, 2034 m) cənub-qərbdən şimal-şərqə uzanır, ƏrHun (“Arqun” kimi təhrif edilir) çayının sağ sahili boyunca (Amur çayının sağ qoludur), çayın uzunluğu 1620 km-dir. Kiçik Hunqan dağında (uzunluğu 500 km) Hunqan qoruğu vardır.

Mərkəzi Avropada yerləşən Macarıstan Respublikasının tarixi adı “Hunqari” olub, orta əsrlərdə “Hun krallığı” adlanıb, etimoloji mənaca “On Oğuz tayfası” anlamındadır. Əski Türkdilli Hunların Hun-Uyğyr, Minsu-Oğuz...qəbilə-tayfa qollarının morfogenetik qan-irq köklərini bildirir.

Türk xalqlarının etnogenezisində və morfodialekt soykökündə kökənli coğrafi ərazilər sırasında Aral/Ural dağlıq qurşağının cənubunda, İrtış və Aral/Ural çayları arasında geniş sahə tutan Gür Hun/Gürqan bölgəsi Çöl/Səhra Türklərinin Bəyaz Türk diyarına (Ağ və Qara dəniz hövzələrinə), eləcə də, Göy Türklərin Batıya doğru uzanan yolları üzərində xüsusi yer tutur. Cənubi Savur/Sabir-Sibir çöllərini, Təbil və İrtış çayları, cəmdə Abu-Su/Ob çayı hövzələrini tutan əski Hun-Quz...tayfalarının yurdları səpələnmiş halda geniş bir coğrafi məkan hüdudlarını yaratmış, uzaq səfərlərə at belində, əlində qılınc-qalxan, cəngə çıxan və ildırım kimi çaxan...Həyatları-Ömürləri savaş və düşmənə qarşı zəfər döyüşləri ilə keçən Hunların-Quzların-Sakların... qüdrətindən doğan isimlərlə (Gur/Kür Hunlar, Ər Saklar, Ər Mənlər/Biçən İskitlər….) bərabər, minilliklərə bərabər tarixi-coğrafi salnamə hüququ da qazanmışlar. XXI əsrdə bu bölgələrdən birinin-GurHuinların adını yaşayadan GurHun/”Kurqan” mahalının coğrafi toponimləri dediklərimizə əyani sübutdur, min və milyon illər keçsə belə-Türk soyluluğuna, genetic qan-yaddaş mənsubluğuna nişanə kimi….

Bu ərazi dini-sakral zənginliyi ilə seçilən Cələbilər/”Celyabinsk” yurdunun Türk-Müsəlman qəbilə-tayfa İttifaqı hüdudlarının şərq hissəsində Sabir/Sibir düzəngahının cənub-qərb qurtaracağını yovşanlı-yulğunlu Qıpçaq çölləri ilə, Qazax xalqının Yurtları qonşuluqda qərarlaşıb. Antrotoponimləri, orotoponimləri, hidrotoponimləri, teotoponimləri…bütünlüklə Türk dillərinin çoxdialektli şifahi və yazılı üslubunu, fonetik-semnatik quruluşunu, əski çoxşaxəli Ailə-Dil sistemini ifadə etməkdədir. Linqvistik baxımdan Avrasiya qurusunda yaşayan Türk dilli xalqların lüğət irsinin çoxçalarlı olmasına tarixi-coğrafi sübut kimi qiymətləndirilir.

GurHun/”Kurqan” mahalının dini-sakral mədəniyyətinin dəyəri kimi Sufiqulu/Sofuqulu nahiyəsi bölgənin cənub-qərb hissəsində yerləşir, inzibati mərkəzi eyni adlı yaşayış məntəqəsidir (əhalisinin sayı 3500 nəfərə qədər, dini təriqətləri-İslam mənsubluğu). Ətrafında, kökənli dildə yaranmış çoxlu göllər var-İdgildi, Böyük Tukmaktı, Kuktibiz, Ulubaş, Kövsərlı, Qaqdurnalı…

Avrasiya materikini coğrafi məkan şəbəkəsi kimi əhatə edən Türkdilli toponimlərin etimoloji mənaca təhlili göstərir ki, Hun-Quz-Sak/Saxa, İskit, Qıpçaq, Uyğur…Bəyaz, Sarı, Çöl, Göy…Türkləri yer adlarında coğrafi landşaft-relyef mövqeyi/örtüyü ilə yanaşı İgid Ərənlərin, Yenilməz Döyüşçülərin, Ulu Haqq/Ruhani Yolçuların, qəbilə-tayfa İttifaqı Başçılarının…ruhuna rəğmən antrotoponimlərə geniş yer verilmiş, yadellilərin işğalları nəticəsində yabançı dil təsirləri olsa da, sonucda bu adlar Türk-Müsəlman coğrafiyasında tarixən davamlı hüquq qazanmışdır.

GurHun/”Kurqan” mahalı toponimlərinin təhlili bu mənada əhəmiyyətlidir. Belə ki, yuxarıda göstərilən qlyasotoponimlərin (göl adlarının) mənaları bu baxımdan səciyyəvidir. Boz Qurd/Baş Qurdların dillərinə uyğun olaraq İgid gəldi ifadəsi “İdgildi” gölünün adına çevrilib, yaxınlıqda yerləşən Böyük Toxmaqlı (“küləkli havada dalğaların şırpılması”mənasında Türk dillərinin lirik təsvirinə uyğunlaşdırılıb) gölü, “Qaqqıldayan durnaların səsi bürüyən” su hövzəsinin ismi- Qaqdurnalı göl həm də qədim Türk dillərinin şifahi və yazılı üslubunun təşbeh zənginliyinə bir nişanədir (Oğuz-Quz…birliyinin kökənli yurdlarından Qırğız Respublikasının Carqalan vadisindəki Durnalı göl də bir təbiət/dağ incisidir).

Sufi/Sofu əcdadlarının törəmələri-xələflərinə mənsub Sufiqulu/Sofuqulu nahiyəsində dini-sakral anlamlı toponim-Ulubaş gölü axarsızdır, Sofugöl qəsəbənin mərkəzindədir, nahiyə mərkəzindən 26 km cənub-şərqdə yerləşir, eyni istiqamətdə olan və Sabir/Savur atlarının adını daşıyan Suburat/Çuburat gölü, Mias çayının sol qolu Subur/Subar Ayğır (Çubar Ayğır) çayı eyni etimoloji məna daşıyır. Suyunun şəffaflığı və saflığı, müalicəvi dəyəri nəzərə alınaraq adlanan Kövsərgöl, təbii-landşat və bitki örtüyünə görə-Qamışlı göl...ümumişlək filoloji anlamlı toponimlərdir.

Sufiqulu/Sofuqulu ərazi vahidinə daxil kəndlərə aid antrotoponimlərin təsnifatında Türk dilinin fonetik və semantik şəddi-şirəsinin filoloji ifadəsi aydın görünür:-Qamışlı, Süleymanlı, Sultanlı, Mansurlu, Bakanlı (“böyüklük edən” anlamında, Ukrayna Respublikasının Çerkassk və Çerniqov vilayətlərində, Ərənbörk/Orenburq bölgəsinin Şimal nahiyəsində, Boz Qurd/Baş Qurd Respublikasında eyniadlı kəndlər var), Yalüstü (Cuman çayının (“iti axan, güclü həmlə edən” deməkdir) sağ sahilində yerləşir), Baharlı, Hacılar…

Türk dilli Sak/Saxa və Quz/Oğuz qəbilə-tayfa İttifaqının soyqolları/şəcərələri tərkibində Baharlı tayfaları xüsusi önəm daşıdığından “Türk dünyası coğrafiyası”nda ən çox yayılan etno-antrotoponimlər sırasında Baharlı toponimləri qeyd edilir (RF-nın Tambov vilayətinin Sampur rayonunda, Nijeqorod vilayətində, Həştərxan vilayətinin Ağ Türbə İƏD-də, Çuvaş Respublikasında…Baharlı kəndləri mövcuddur).

GurHun/”Kurqan” mahalının Qarğalı nahiyəsində də Baharlı kəndi vardır. Qıpçaq qəbilə İttifaqı daxilində Hataylar xüsusi seşilmiş, dövlər-hərbi quruculuq sahəsində görkəmli xadimləri və sərkərdələri ilə, eləcə də, “Türk dünyası coğrafiyasında geniş əraziləri tutan Türkdilli xalqlar kimi hazırda Suriya Respublikasında Hatay vilayətində yaşaTürkmənlərin ulu əcdadları olmuşlar.

Yalüstü kəndinin gündoğarında Kalmik Əbdürəşid kəndi iki gölün-Böyük (cənubda) və Kiçik (şimalda) Qoşa göllər arasındas yerləşir

R.S. Sufiqul/Sofuqul nahiyəsi müasir xəritələrdə və yazılı \ədəbiyyatda-“Safakulevski”, Gür Hun/Gürqan coğrafi yeri və şəhəri- “Kurqan”, Qarğabazar nahiyəsi-“Karqapolski”, Baharlı kəndi-“Baxarevski”, Kövsərli gölü-“Kaksarlı”, Cuman çayı-“Çumlyak”....kimi qeyd olunmuşdur.

R.S.S. Boz Qurd/Baş Qurdların şəxsi isimləri sırasında Hun İgidlərinin şərəfinə dialekt assimlyasiyasına uyğun olara Sınu/Sinu adları geniş yayılıb, bu mənada rus dilindəki “сын” sözünün Türk mənşəli olduğu şübhə doğurmur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью