Gürcü arxiyepiskopu zorakılığı dayandırmağa çağırdı Etiraz səsimizi ucaltmalıyıq... AzPolitika onlayn siyasiictimai qəzet

06.12.2024

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gürcü Pravoslav Kilsəsinin Dmanisi və Aqarak-Taşir arxiyepiskopu Zenon İarajuli dövlət qurumlarını dərhal işgəncələrə son qoymağa çağırıb. 

"AzPolitika" xəbər verir ki, o, “biz bu bəlaya qarşı səsimizi ucaltmağa borcluyuq”, - deyib.

“Hazırda çoxsaylı məlumatlara görə, soydaşlarımıza qarşı qəddar və qeyri-insani rəftar baş verir, bunu zərərçəkmişlərin çoxsaylı ifadələri də təsdiqləyir. Gürcüstan Konstitusiyasının 8, 9, 10-cu maddələri, eləcə də dövlət və kilsə arasında Konstitusiya Sazişinin 1.1-ci maddəsi kilsəni insan hüquq və azadlıqları sahəsini və beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarını rəhbər tutmağa və onları qorumağa məcbur edir", - açıqlamada qeyd olunur.

İarajulinin bəyanatınsa saha sinra yazılıb: "Məlum olduğu kimi, Gürcüstan İşgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzalara qarşı Konvensiyanın iştirakçısıdır və bu Konvensiyada nəzərdə tutulmuş İşgəncələrə Qarşı Komitənin səlahiyyətlərini tanıyır.

Müvafiq idarələrə müraciət edirəm: işgəncələrə dərhal son qoyulmalıdır. Bu pisliyə qarşı səsimizi ucaltmalıyıq!”

"AzPolittika.info"

Ответить

Переслать

Сохранить в заметку

Создать событие 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью