Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mixail Kavelaşvili Gürcüstanın hakim Gürcü Arzusu-Demokratin Gürcüstan Partiyasından prezidentliyə namizəd olub.
Qaynarinfo xəbər verir ki, bu barədə partiyanın fəxri sədri Bidzina İvanişvili bildirib.
"Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, "Gürcü Arzusu"nun siyasi şurasının qərarına əsasən, Mixail Kavelaşvilinin Gürcüstan prezidenti vəzifəsinə namizədliyi irəli sürülür", deyə İvanişvili qeyd edib.
İvanişvili xatırladıb ki, Gürcüstanda ilk dəfə seçkilər dolayı yolla keçirilir: "Dekabrın 14-də Gürcüstan prezidenti 300 üzvdən ibarət seçki kollegiyası tərəfindən seçiləcək, bizim siyasi partiyamız "Gürcü Arzusu" gürcü xalqının qərarı əsasında çoxluq təşkil edir".
O qeyd edib ki, buna əsasən, ilkin olaraq Gürcüstan prezidenti postunu "Gürcü Arzusu"nun dəstəklədiyi namizədin tutacağı bəlli olur.
Eyni zamanda İvanişvili bəyan edib ki, Kavelaşvilinin ictimaiyyətə hər hansı xüsusi təqdimata ehtiyacı yoxdur: "O, uzun illər Gürcüstanın ləyaqətini bir idmançı kimi qoruyub.
O, bir çox ölkələrin dəfələrlə çempionudur. Onun idman karyerası Tiflis "Dinamo”su, "Alaniya Vladiqafqaz”, "Mançester Siti” və İsveçrənin ap