“Gürcü ArzusuDemokratik Gürcüstan” partiyası Aİ səfirini dezinformasiya yaymaqda ittiham e…
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinskinin Gürcüstanın Avroatlantik inteqrasiya prosesini 4 ildir dayandırması barədə məlumatları həqiqəti əks etdirmir.
Səfir dezinformasiya yayır və bununla da cəmiyyəti çaşdırır”.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın hakim “Gürcü Arzusu- Demokratik Gürcüstan” partiyasının feysbuk səhifəsində dərc olunan bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, əslində Gürcüstan hökuməti Aİ ilə Assosiasiya Sazişinin icrasını ciddi şəkildə izləyəcəyini və 2028-ci ilə qədər Assosiasiya Sazişinin 90 faizini yerinə yetirəcəyini vurğulayıb.
Pavel Herçinski isə bunları görməzdən gəlir və dezinformasiya yayır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu