Gürcü çempion Topuriya ABŞ li döyüşçü ilə üz üzə gəlir

06.10.2025

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mütləq Döyüş Çempionatının (UFC) rəhbərliyi yüngül çəki dərəcəsi üzrə çempion, gürcüstanlı idmançı İliya Topuriya ilə ABŞ təmsilçisi Castin Qeyci arasında görüş təşkil etməyi planlaşdırır.

İdman.biz xəbər verir ki, bu barədə jurnalist və şərhçi Alvaro Kolmenero özünün “X” səhifəsində məlumat verib.

Bildirilib ki, döyüş 2026-cı ilin yanvarında baş tuta bilər.

Qeyd edək ki, yüksəkreytinqli gürcü döyüşçü İliya Topuriya UFC-də hazırda “lightweight” (70 kq) divizionunda çempiondur. O, texniki boksu, sürəti və özünəinamı ilə tanınır. Topuriya Gürcüstanın və təmsil etdiyi İspaniyanın fəxri hesab olunur.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью