Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hurriyyet.az xəbər verir ki, Gürcüstanın müvəqqəti işlər vəkili Almaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Almaniya XİN-in X şəbəkəsindəki səhifəsində məlumat verilib.
Açıqlamada deyilir: "Gürcü diplomata bildirilib ki, Gürcüstan hakimiyyətinin Tbilisidəki Almaniya səfirinə qarşı əsassız ittihamları və aqressiv ritorikası qəbuledilməzdir və buna son qoyulmalıdır".
Bundan əvvəl, sentyabrın 24-də Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb. Ona diplomatın ölkədə radikal gündəmi təbliğ etmək cəhdlərinin narahatlıq doğurduğu bildirilib.
Hürr Tərcüman