Gürcü diplomatların Aİyə vizasız girişi dayandırıla bilər

06.01.2025

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Avropa İttifaqı (Aİ) rəsmiləri Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılmasını yanvarın 10-da təsdiqləmək niyyətindədirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə "Azadlıq radiosu"nun Avropa üzrə redaktoru Rikard Jozviak “X” hesabında yazıb.

O bildirib ki, yanvarın 24-də Aİ rəsmiləri bu qərara “yaşıl işıq” yandıracaqlar.

“Qərarın fevral ayında qüvvəyə minəcəyi mümkündür. Bunun üçün daha əvvəl vurğulandığı kimi, səs çoxluğu lazımdır və belə bir çoxluq var”, - R. Jozviak yazıb.

Xatırladaq ki, ötən ilin dekabrın 16-da Aİ XİN Şurasının toplantısında Gürcütanın diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılmasının zəruriliyi barədə razılıq əldə olunub. Gürcüstan hökuməti bu qərarı anti-Gürcüstan addımı kimi qiymətləndirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью