Gürcü filmində “Ay bəri bax”? VİDEO

05.10.2026

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Sosial şəbəkədə bir gürcü multfilmindən kiçik bir epizod paylaşılıb.

“Yeni Sabah” xəbər verir ki, 1955-ci il istehsalı olan “Suna və Srusuna” adlı filmidə səslənən musiqinin Azərbaycan xalq mahnısı “Ay bəri bax”a oxşarlığı müzakirə yaradıb.

“Suna və Srusuna”ya musiqi bəstələmiş bəstəkar Gürcüstanın Xalq artisti Mariya (Mariam) Davitaşvilidir. O, bir neçə filmə musiqi bəstələyib. Dördpendirli pizza

“Ay bəri bax” mahnısınınn yaranma tarixi isə XVIII–XIX əsrlərə aiddir. Mahnının ilk nota yazısı 1920-1930-cu illərə təsadüf edir.

Müxtəlif illərdə müşayiətlə səs və xor üçün notlar və aranjimanlar yaranıb. Birinci variantda poetik mətn bayram təbriki ilə bağlıdır, mətn həm də sevgi etirafını əks etdirir (1938-ci ildə Cabbar Qaryağdıoğlunun ifasını Səid Rüstəmov lentə alıb).Mahnının Cabbar Qaryağdıoğlunun ifasında Rüstəmovun nota yazılan ikinci variantı — "Ay al çan, çaxır" "Azərbaycan xalq mahnıları" toplusunda (2-ci cild, Bakı, 1956) çap olunub. Mahnını bu variantı daha çox yayılıb. 1956-cı ildə mahnının sözləri nota və Leonid Zorinin rus dilinə tərcüməsi ilə birlikdə nəşr olunub. 1981-ci ildə toplu yenidən nəşr edilib.

Mahnı 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə ifa olunub. 1960-cı ildə Pavel Antokolski və Çingiz Hüseynovun redaktorluğu ilə nəşr olunan Azərbaycan poeziyasının antologiyasında Konstantin Simonovun tərcüməsində rus dilində dərc edilib. Simonovun tərcüməsində mahnı həm də "Azərbaycan xalq poeziyası" (Leninqrad, 1978) nəşrində dərc olunub.

Əziz Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью