Gürcü futbolçu La Liqa klubuna keçdi

14.08.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

Gürcü futbolçu La Liqa klubuna keçdi

“Rayo Valyekano” Gürcüstan millisinin futbolçusu Georgi Tsitaşvilini transfer edib.

QOL.az xəbər verir ki, 25 yaşlı hücumçu ilə 2028/29 mövsümünün sonuna qədər müqavilə imzalanıb. Bu haqda klub məlumat yayıb.

Tsitaşvili İspaniya La Liqa təmsilçisinə azad agent kimi keçib. Onun müqavilə ilə son klubu Kiyev “Dinamo”su olub.

O, ötən mövsümü icarə əsasında Fransanın “Mets” komandasında keçirib. Tsitaşvili bu komandada 35 matçda 3 qol vurub və 2 qolun ötürməsini verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью