Gürcü müxalifəti aksiyalara başladı

09.11.2024

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gürcüstanın müxalifət partiyaları Tbilisidə yürüş keçirirlər.

Bakupost.az xəbər verir ki, 26 oktyabr parlament seçkilərinin nəticələrinə etiraz edən müxalifət tərəfdarları “Rusiya seçkilərinə yox!” şüari səsləndirirlər.

“Dəyişiklik üçün”, “Güclü Gürcüstan” və “Birlik-Milli Hərəkat” koalisiyalarının təşkil etdiyi yürüş şəhərin iki nöqtəsində başlayıb və Qəhrəmanlar meydanında başa çatacaq.

Etirazçılar 26 oktyabr seçkilərinin nəticələrinin ləğv edilməsini və yeni parlament seçkilərinin keçirilmsini tələb edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью