Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gürcüstan polisi Tiflisdə parlament binasına gedən küçələri tamamilə bağlayıb.Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.“Daxili İşlər Nazirliyinin əməkdaşları, o cümlədən xüsusi təyinatlılar parlament binasının hər iki tərəfində, eləcə də onun arxasındakı parkda yerləşdirilib.
Media nümayəndələri hələlik binaya buraxılmır”, - məlumatda qeyd olunub.Qeyd edək ki, bu gün saat 12:00-da Gürcüstanın XI çağırış parlamentinin ilk sessiyası keçiriləcək.Ölkə müxalifəti şənbə günü keçirilən mitinqdə vətəndaşları bu gün Tiflisdə toplaşmağa və iqtidar deputatlarının noyabrın 25-də ilk iclasını keçirməsinin qarşısını almaq üçün parlamentə doğru yürüş təşkil etməyə çağırıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.