Gürcü səfirlər də etirazçıların yanında İstefalar ardarda | Icma.az
Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır. - + Gürcüstanın Bolqarıstandakı səfiri Otar Berdzenişvili istefa verib.
Tribunainfo.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.
Diplomat Avropaya inteqrasiyanın dayandırılmasına etiraz edənlərlə həmrəy olduğunu bildirib.
“Uzun diplomatik fəaliyyətim ərzində ölkəmin Avro-Atlantik və Avropa inteqrasiyasını inkişaf etdirmək və müttəfiqlərimiz, xüsusən də ABŞ ilə güclü və etibarlı strateji tərəfdaşlıq qurmaq üçün həmkarlarımla fəal əməkdaşlıq etmişəm.
Bizim yorulmaz səylərimiz heç bir şəkildə pozulmamalı və ya güzəştə getməməlidir.
Dinc nümayişçilərin azad iradəsinə qarşı #Zorakılığa yox, tam həmrəylik!!!”, – “Qafqazın sədası” Berdzenişvilinin mətnindən sitat gətirir.
Bundan əvvəl Gürcüstanın Koreya Respublikasındakı səfiri “Gürcüstanın daha çox Avropaya və daha çox NATO-ya ehtiyacı olduğunu” vurğulayan yazı dərc etmişdi.
Xatırladaq ki, ötən gecə Gürcüstanın paytaxtı Tiflisdə parlament binasının yan girişində etirazçılarla polis arasında toqquşma baş verib.
Tam oxu
Xəbəri oxu