Gürcü ulduzun maaşı artırılır: 3 dəfə çox alacaq

26.12.2024

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

"Napoli"nin yeni müqavilədə Xviça Kvaratsxeliyaya hansı şərtləri təklif etdiyi məlum olub.

Publika.az xəbər verir ki, neapollular Kvaratsxeliyaya illik 6 milyon avro maaşla sözləşmə təklif ediblər. Bu, hazırkı məvacibindən 3 dəfə çoxdur.

Tərəflər hazırda təzminat məbləğini müzakirə etməyə davam edir. Klub 100 milyon avro məbləğində israr edir. Xviçanın agenti isə bu məbləği azaltmağa çalışır.

Kvara 2022-ci ilin yayından "Napoli"də çıxış edir. Onun klubla müqaviləsi 2027-ci ilin iyununa qədərdir. Bu mövsüm 23 yaşlı gürcü bütün yarışlarda 18 matçda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Heybət

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью