Icma.az, Sia Az portalına istinadən məlumat verir. “Gürcüstanda hazırki proseslərin baş verəcəyini öncədən proqnozlaşdırmışdıq.
Hətta Qərb siyasi dairələrinin bəzi təmsilçiləri oktyabrda parlament seçkilərindən öncə açıq şəkildə bildirirdilər ki, seçkilərə ciddi hazırlaşmaq lazımdır.
Yəni, Qərb siyasi dairələri Gürcüstandakı seçkilərə ciddi hazırlaşmağın vacibliyini vurğulayırdı.
Buna istinad edərək, sözsüz ki, Gürcüstanda iğtişaşların törədiləcəyi, inqilablara cəhd olunacağını bildirmişdik.
Bütün bunlar bu gün özünü göstərir. Bundan öncə bir sıra post Sovet ölkələrində, elə Gürcüstanın özündə təşkil olunmuş rəngli inqilabların s
Gürcüstandakı etirazçılar çox ciddi koordinasiya olunan qruplardır və əsasən Qərbin maliyyəsi hesabına fəaliyyət göstərirlər”.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
O bildirib ki, Qərbi narahat edən əsas məqam Gürcüstan parlamenti tərəfindən “Xarici agentlər haqqında” qanun qəbulundan sonra onun nəzarətində belə sosial baza, kütlə olmayacaq: “Bu kütlə sayəsində Gürcüstanın daxili siyasi həyatına müdaxilə olunurdu, qərarla təsir göstərildi.