Gürcülər Brilliant Dadaşovanın mahnısını oğurladı

06.02.2026

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalq artisti Brilliant Dadaşova və AISELin ifa etdiyi “Ayrı düşmüşük” mahnısı gürcü ifaçı tərəfindən mənimsənilib.

Lent.az-ın xəbərinə görə, bu barədə APA-ya Xalq artistinin özü məlumat verib.

O, ifa etdiyi mahnının oğurlandığını iddia edib və əlavə edib ki, məsələ ilə bağlı artıq aidiyyəti qurumlara müraciət edilib:

“Müəlliflik hüquqları ilə bağlı artıq aidiyyəti qurumlara müraciət etmişik. Mahnı həm Gürcüstanın televiziya kanallarında, həm də sosial şəbəkələrdə gürcü musiqisi kimi təqdim olunub”.

Əqli Mülkiyyət Agentliyindən isə APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı onlara rəsmi müraciət daxil olmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью