Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.
Gürcüstan sərhədində çoxlu sayda taxta, maye qaz və kömür yüklü avtomobil dayanıb.
Reyting.az-ın məlumatına görə, yük maşını sürücüsü Gevorq Sarkisyan “Armenian News”-un müxbirinə deyib ki, gürcülər Ermənistana gedən yolu bağlayıb və 700 dollar tələb edirlər.
"Onlar səbəblərini izah etmədən sadəcə pul istəyirlər. Ermənistandan heç kim heç nə izah etmir. Bundan sonra nə olacağını bilmirik", - deyə sürücü əlavə edib.
Qeyd olunur ki, yük maşınları 12 fevraldan sərhəddə dayanıb.
V. QULİYEV