Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tbilisidə Gürcüstanın Avropaya inteqrasiyasının dayandırılmasının ikinci ildönümü ilə əlaqədar aksiya keçirilir.
Modern.az yerli mediaya istinadən xəbər verir ki, paytaxtda fəallar və müxalifət tərəfdarları iki ayrı yürüş kolonu ilə Azadlıq meydanına doğru hərəkət edirlər.
İki il əvvəl “Gürcü Arzusu” hökuməti Avropa İttifaqına üzvlüklə bağlı danışıqların başlanmasını 2028-ci ilin sonunadək təxirə salıb. Həmin vaxtdan bəri həbslərə və qanunların sərtləşdirilməsinə baxmayaraq, ölkədə küçə aksiyaları hər gün davam edir.
Etirazçılar yeni parlament seçkilərinin keçirilməsini, siyasi məhbusların azad edilməsini, məhdudlaşdırıcı qanunların ləğvini və ölkənin Avro-Atlantik kursuna qayıtmasını tələb edirlər.
Aksiya Avropa Parlamentinin Gürcüstan müxalifətinə qarşı təqibləri pisləyən qətnamə qəbul etməsindən iki gün sonra keçirilir. Qətnamənin lehinə 441 deputat səs verib.