Gürcüstan 13 əcnəbini ölkədən çıxarıb

25.07.2025

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlərdə miqrasiya qaydalarını pozduqları üçün 5 ölkənin vətəndaşları Gürcüstandan çıxarılıb.

Bakıvaxtı.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Qüvvədə olan qanunvericiliyə əsasən, həmin şəxslərin ölkəyə girişi qadağan edilib.

DİN-in məlumatına görə, Gürcüstandan Misir, Türkiyə, Hindistan, İordaniya və Pakistan vətəndaşları çıxarılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью