Gürcüstan 26 əcnəbini ölkədən deportasiya edib

15.07.2025

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları Rusiya vətəndaşları da daxil olmaqla 26 əcnəbini deportasiya ediblər.

Bizimyol.info xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, son günlər keçirilən tədbirlər nəticəsində Banqladeş, Hindistan, İran, İraq, Qırğızıstan, Pakistan, Rusiya, Türkmənistan, Türkiyə və Tacikistan vətəndaşları Gürcüstandan deportasiya ediliblər. Deportasiya edilmiş şəxslərin yenidən bu ölkəyə gəlməsi qadağandır.

Gürcüstan son vaxtlar qeyri-qanuni miqrantlara qarşı fəal mübarizə aparır. Ölkə parlamenti miqrasiya qanunvericiliyini sərtləşdirib, deportasiya prosedurlarını sadələşdirib, həmçinin miqrantların axtarışını həyata keçirib. Gürcüstanın Daxili İşlər Nazirliyi hər ay onlarla əcnəbi vətəndaşın ölkədən çıxarılması barədə məlumat verir.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью